Şou-biznes

Məşhur aktyorun qızı ölü tapılıb

Məşhur aktyorun qızı ölü tapılıb

Məşhur Hollivud ulduzu, aktyor Tommi Li Consun 34 yaşlı qızı ölü tapılıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti Kaliforniyadakı bir oteldə tapılıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriya Li Consun ölüm səbəbini araşdırır.

Xatırladaq ki, 80 yaşlı Tommi Li Cons 1994-cü ildə "Oskar" mükafatına layiq görülüb.

NE
Nihadə Eyyubova