Maraqlı

Bizdə Şaxta Babadır, bəs onlarda?

Bizdə Şaxta Babadır, bəs onlarda?

Dünyanın hər yerində Yeni il və Milad bayramlarının ən çox gözlənilən qəhrəmanları olan Şaxta Babalar hər millətin öz mədəniyyətinə, iqliminə və tarixinə uyğun unikal xüsusiyyətlərlə formalaşıb.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif ölkələrdə bu personajlar təkcə adları ilə deyil, həm də geyimləri, nəqliyyat vasitələri və uşaqlara yanaşma tərzləri ilə bir-birindən kəskin fərqlənirlər.

Tovlis Babua (Gürcüstan):Bu ağsaqqal babanın geyimi tamamilə milli ruhdadır. O, ağ və ya qara çuxa geyinir, başına svan (Gürcüstanda azsaylı xalq) papağı qoyur və çiyninə ağ yapıncı salır. Hədiyyələrini isə uşaqlara böyük xurcunla gətirir.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Ded Moroz (Rusiya):Əlində bərəkət və xoşbəxtlik rəmzi olan büllur əsa tutur. O, üçatlı kirşə ilə səyahət edir və onu həmişə nəvəsi “Snequroçka” müşayiət edir.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Santa Klaus (ABŞ, Kanada, Qərb ölkələri):Klassik qırmızı qısa gödəkçə və şalvar geyinən Santa maralların çəkdiyi kirşə ilə səmada dolaşır. Evlərə baca vasitəsilə daxil olur və hədiyyələri yolka altına və ya buxarıdan asılan corablara qoyur.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Yolupukki (Finlandiya):Uzun saçlı bu personaj keçi dərisindən tikilmiş geyim və qırmızı papaq taxır. O, həyat yoldaşı Muori və cırtdanlarla birlikdə dağdakı komasında yaşayır.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Qorbobo (Qar baba) (Özbəkistan):Milli naxışlı zolaqlı xalat və qırmızı araxçın geyinən bu baba nəvəsi Korkiz ( Qar qız) ilə birlikdə gəlir. Onun əsas fərqi isə nəqliyyat vasitəsi kimi kiçik eşşəkdən istifadə etməsidir.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Per-Noel və Şaland (Fransa):Fransada iki personaj var: xeyirxah Per-Noel uşaqlara səbətlə hədiyyə gətirir, Şaland isə tənbəl və dəcəl uşaqlar üçün öz səbətində çubuq (tənbeh vasitəsi) daşıyır.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Zyuzya (Belarus):Digərlərindən fərqli olaraq o, alçaqboylu, keçəl və ayaqyalın təsvir edilir. Əlində dəmir əsa tutan Zyuzyanın nəfəsi güclü şaxta hesab olunur və o, soyuqdan şikayət edənləri sevmir.

Bizdə Şaxta Babadır, bəs onlarda?

Sinter Klaas (Hollandiya):O, ağ atın belində şəhəri dolaşır və özü ilə bütün uşaqların ünvanları və etdikləri hərəkətlərin yazıldığı böyük bir kitab gətirir.

Bizdə Şaxta Babadır, bəs onlarda?

NE
Nihadə Eyyubova