Gündəm Özəl

Hazırda bank kartları yalnız bu avtobuslarda keçərlidir — RƏSMİ AÇIQLAMA

Hazırda bank kartları yalnız bu avtobuslarda keçərlidir — RƏSMİ AÇIQLAMA

Son zamanlar ictimai nəqliyyatda baş verən dəyişikliklər və yeniliklər gündəmdədir. Avtobuslarda ödəniş üçün bank kartlarının (NFC sistemi) aktivləşməsi bu gündən baş tutub.

AYNA-nin kommunikasiya üzrə məsul şəxsi Tural Orucov Demokrat.az-a bildirib ki, NFC ödəniş texnologiyasının daşıyıcı operatorların marşrutları üzrə mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub:

"Hazırda NFC ödəniş üsulu "BakuBus" MMC və "Xaliq Faiqoğlu" MMC-də tətbiq olunur".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova