Quba rayonunda toyda dava düşüb, 46 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 8 noyabr 2025-ci ildə rayonunun Talabıqışlaq kəndində baş verib. 1979-cu il təvəllüdlü Qüdrət kənddə yerləşən məhəllədə aralarında yaranmış mübahisə zamanı Oktayın sifət və bədən nahiyyəsindən əl ilə qəsdən vurub.
Hadisəni törədən Qüdrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Qüdrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 8-də qohumunun toy məclisində iştirak edib: “Bu zaman Oktay orda olan masadarla kobud danışmasını gördüm. Oktay mağardan çıxaraq aralandıq. Mən ona yaxınlaşaraq kobud rəftarına görə irad bildirdim. Oktay mənə sərxoş vəziyyətdə kobud cavab qaytardı. Mən bir dəfə Oktayın sifət nahiyyəsindən əlim ilə vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə Oktayın kobudluğu səbəbindən yaranıb: “Həmin gün spirtli içki qəbul etməmişdim. Əməlimdən peşman olmuşam. Zərərçəkmiş şəxslə barışsam. Mənə həbslə bağlı olmayan cəza verilməsini xahiş edirəm”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Qüdrət 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


