Azərbaycanda 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmişməşhur “Dəyirman” hip-hopqrupunu replə maraqlananlar yaxşı xatırlayırlar. Qrupun tərkibinə tanınmış reperlərMiri Yusif,Malik Kələntərli,Elmir Məhərrəmovvə Anar Abdullayev daxil idi.
"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdı. Bu populyar mahnıAzərbaycanın Milli QəhrəmanıÇingiz MustafayevinXocalı soyqırımıhaqqında çəkdiyi filmləremiksolunub.

“Dəyirman” dağılanda qrup üzvlərinin hərəsi öz yolunu seçib.
Fəaliyyəti dayansa da, məşhur "Dəyiman" hələ də öz mahnıları ilə yaşayır -köhnə pleylistlərdə, xatirələrdə və o dövrü unutmayan yaddaşlarda. Xüsusilə də "Ya Qarabağ, Ya Ölüm" mahnısı heç yaddan çıxmayıb.
Modern.az-ın məlumatına görə, “Dəyirman” qrupunun keçmiş üzvlərindən biri - Anar Abdullayev dostlarından fərqli olaraq karyerasını musiqi sahəsində davam etdirməyib.
Anar Abdullayev Azərbaycan Dövlət Neft və Sənayə Universitetində Neft-qazmühəndisi ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz UniversitetindəMBA proqramı üzrə magistr təhsili alıb.

Daha sonra o, Səudiyyə Ərəbistanının Ras-əl-Zour şəhərindəki “Maaden Mining Company” şirkətinin "PAP 301" layihəsində Əməyin mühafizəsi üzrə mühəndis işləyib.

Keçmiş reper Anar Abdullayev hazırda fəaliyyətini “AzerGold” QSC-də yüksək vəzifədə davam etdirir. Belə ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir vəzifəsini tutur.



