Mədəniyyət

Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldıldı — FOTO

Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldıldı — FOTO

Xalq artisti, tanınmış aktyorƏnvər Həsənovunqəbirüstü abidəsi hazırlanıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, abidə bu yaxınlarda Buzovna qəbiristanlığında sənətçininməzarı üzərində ucaldılıb.

Qeyd edək ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərininnarazılıqları yayılmışdı.İndi ucaldılan abidə isə onun ailəsinin maliyyəsi əsasında hazırlanıb.

Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbi ilə vəfat edib.

Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldıldı — FOTO

NE
Nihadə Eyyubova