Hadisə

Qubada avtobus 27 yaşlı qadını və uşağını vurdu

Qubada avtobus 27 yaşlı qadını və uşağını vurdu

Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu rayon mərkəzində 1998-ci il təvəllüdlü Əminə İsrafilovanı vurub.

O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı qadının yanında olan azyaşlı övladı xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova