Gündəm Özəl

Uşaqlarda ishal və hərarət niyə artır? — Pediatr səbəbləri AÇIQLADI

Uşaqlarda ishal və hərarət niyə artır? — Pediatr səbəbləri AÇIQLADI

“Payız-qış mövsümü başlayanda viruslar da sanki fəallaşır. Uşaqların bağça və məktəblərdə daha sıx təmasda olması infeksiyaların yayılması üçün əlverişli şərait yaradır”.

Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xüsusilə qapalı məkanlarda uzun müddət qalmaq xəstəlik riskini artırır:

“Bu dövrdə yuxarı tənəffüs yollarının virus infeksiyaları, qrip və paraqrip daha çox rast gəlinir. Burun axması, öskürək, boğaz ağrısı və hərarət valideynlərin ən çox rastlaşdığı şikayətlərdir. Bununla yanaşı, bağırsaq infeksiyaları da artım göstərir və çox vaxt gigiyena qaydalarına əməl olunmaması ilə əlaqəli olur. Enteroviruslar isə uşaqlarda ishal, qusma və qarın ağrısı ilə özünü büruzə verir və bəzən valideynləri narahat edən əsas səbəblərdən birinə çevrilir. Bu hallarda ən böyük risk susuzlaşmadır. Ona görə də uşağa kifayət qədər maye verilməli, vəziyyəti diqqətlə izlənməlidir. Valideynlərin diqqətli olması və vaxtında pediatra müraciət etməsi xəstəliklərin ağırlaşmasının qarşısını almağın ən effektiv yoludur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova