Hadisə

Bakıda intihar etmək üçün körpüyə çıxan kişi hərəkəti iflic etdi

Bakıda intihar etmək üçün körpüyə çıxan kişi hərəkəti iflic etdi

Bakının Yasamal rayonunda kişi intihara cəhd edib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, bir kişi “20 yanvar” körpüsünə çıxaraq özünü atmaq istəyib.

Nəticədə ərazidə avtomobillərin hərəkəti iflic olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Aparılan tədbirlər nəticəsində kişi xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda intihar etmək üçün körpüyə çıxan kişi hərəkəti iflic etdi

Demokrat.az

D
demokrat.az