Sosial

Agentliyin əməkdaşları qan verdilər — FOTOLAR

Agentliyin əməkdaşları qan verdilər — FOTOLAR

Nəcib təşəbbüsü dəstəkləmək vətəndaşlıq borcudur.

Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib. Aksiyada Agentliyin şəxsi heyəti könüllü olaraq iştirak ediblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

Agentliyin əməkdaşları qan verdilər — FOTOLAR
Agentliyin əməkdaşları qan verdilər — FOTOLAR

D
demokrat.az