Kriminal Özəl

Sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sabirabad rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2025-ci ilin mayın 22-də rayonun kəndlərindən birində baş verib.

1985-ci il təvəllüdlü Murad həmin gün saat 12 radələrində yaşadıqları ünvanda arvadı Günəş (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında ailə münasibətlərin pozulması səbəbilə baş vermiş münaqişə zamanı o, sərxoş halda arvadının şillə ilə sifət və bədən nahiyyəsinə, həmçinin bədənin müxtəlif nahiyələrinə vurub. Qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınaraq ona ittihamedici hökm çıxarılmayıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova