Xəbər verdiyimiz kimi,“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze “Ce Monde” mahnısı iləolub.
Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb.
O, Azərbaycan təmsilçisi Yağmura səslənərək "Gözəl çıxışına görə təşəkkür edirəm. Ədalətsizlik hökm sürür" sözlərini yazıb.
Qeyd edək ki, yarışmadaAzərbaycan təmsilçisi Yağmur Nəsrullayeva 66 xal toplayaraq15-ci olub.


