Gündəm

İtkin düşən balıqçılar tapılmayıb — VİDEO

İtkin düşən balıqçılar tapılmayıb — VİDEO

Sosial şəbəkələrdə Astaradaitkindüşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazifo”ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından xahiş edir ki, qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlər genişləndirilsin.

Daha ətraflı videoda:

NE
Nihadə Eyyubova