12 dekabr 2025-ci il tarixində Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Hacıqabul rayonunun Muğan qəsəbəsində yerləşən “Agro Dairy” MMC-nin ərazisində ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, “Agro Dairy” MMC-nin rəhbərliyi və kollektivi iştirak etdi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərildi. 





