Hadisə Özəl

Bakıda 30 yaşlı kişi keçmiş arvadını döydü

Bakıda 30 yaşlı kişi keçmiş arvadını döydü

Bakının Sabunçu rayonunda 30 yaşlı kişi keçmiş arvadını döyüb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 7-də rayonun Zabrat qəsəbəsi, yeni yaşayış massivi, Ş.Mehtiyev küçəsində baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Emin həmin gün saat 16:00-da radələrində keçmiş həyat yoldaşı İlahə (adlar şərtidir – red.) ilə Ş.Mehtiyev küçəsi, nömrəsiz evin hamam otağında mübahisə edib. Aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə keçmiş arvadının üz nahiyəsinə bir neçə dəfə vuraraq, onu döyüb.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova