Kriminal Özəl

Sabunçuda ər arvadına xəsarət yetirdi

Sabunçuda ər arvadına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 4-də Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə baş verib. Naxçıvan sakini, 1979-cu il təvəllüdlü Rahim həmin gün gecə saat 23:30-da yaşadıqları evin qonaq otağında həyat yoldaşı Nərminin (adlar şərtidir – red.) ona kobud cavab qaytarması səbəbindən onunla mübahisə edib.

Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla qadının üz, baş və qol nahiyələrindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Rahimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova