Sosial Özəl

Bu şəxslər ölən şəxsin pensiya kapitalından yararlana biləcək — AÇIQLAMA

Bu şəxslər ölən şəxsin pensiya kapitalından yararlana biləcək — AÇIQLAMA

"65 yaşına çatmadan vəfat edən şəxslərin pensiya kapitalı yalnız həyat yoldaşına verilə bilər. Bu o deməkdir ki, əgər həyat yoldaşı pensiya yaşına çatmamışdır və onun pensiyası həyat yoldaşının pensiyasından azdırsa, fərq kompensasiya edilə bilər. Məsələn, əgər ərin pensiyası 1 000 manat, arvadın pensiyası isə 500 manatdırsa, arvad 500 manatlıq fərqi ala bilər".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Bu şəxslər ölən şəxsin pensiya kapitalından yararlana biləcək — AÇIQLAMA

O bildirib ki, bu qayda pensiya kapitalının paylaşılmasında konkret olaraq həyat yoldaşını təmin edir və digər qohumlar və ya üçüncü şəxslər bu kapitaldan istifadə edə bilməzlər:

"Beləliklə, pensiya kapitalı yalnız həyat yoldaşının rifahının qorunması məqsədilə yönləndirilir".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az