Gündəm

3 yaşlı Hüseynin ölümünə səbəb olan quyu — VİDEO

3 yaşlı Hüseynin ölümünə səbəb olan quyu — VİDEO

Xəbər verdiyimiz kimi, Tovuzun Düz Qırıqlı kəndində 3 yaşlı HüseynQasımovsu quyusuna düşərək ölüb.

Mərhumun yaxınları hadisənin təfərrüatını “Baku TV”yə danışıb.

“Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - qohumu bildirib.

Digər qohum isə qeyd edib ki, uşaq oynayarkən quyuya düşüb:

“Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi az idi, yəqin ki, başı yerə dəyib zədə alıb”.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:

NE
Nihadə Eyyubova