Gündəm Özəl

Memar: Tarixi heykəl restoran fonunda “itmiş” təsiri yaradır

Memar: Tarixi heykəl restoran fonunda “itmiş” təsiri yaradır

“Heykəl və bina mühiti arasında vizual və funksional uyğunluq vacibdir. Həsən bəy Zərdabinin heykəli tarixi və mədəni əhəmiyyət daşıyır”.

Bunu Demokrat.az-a açıqlamasında memar Elçin Qasımzadə deyib.

O qeyd edib ki, hazırda binanın birinci mərtəbəsi restoran kimi istifadə olunduğu üçün heykəl vizual olaraq “qapıçı” təsiri yaradır:

“Bu, memarlıq baxımından obyektin funksiyasını və heykəlin əhəmiyyətini zədələyir. Heykəl yerləşdiyi yerin tarixi və estetik kontekstini nəzərə almaq lazımdır. Restoranın müasir funksiyası ilə heykəlin klassik və təhsil yönümlü simvolikası bir-biri ilə ziddiyyət təşkil edir. Memarlıq və şəhərsalma prinsiplərinə görə, belə tarixi heykəllərin ətrafı daha sakit və təmtəraqlı olmalıdır ki, onların simvolik dəyəri görünə bilsin. Tövsiyə olunur ki, heykəl ya yaxınlıqdakı Pedaqoji Universitetin bağı kimi daha təbii və açıq məkana köçürülsün. Bu, həm heykəlin hörmətini qoruyar, həm də şəhərin vizual estetik balansını bərpa edər. Eyni zamanda, binanın fasadında heykəl ilə restoranın funksiyası arasında vizual qarışıqlıq aradan qalxar və tarixi-mədəni əhəmiyyət nəzərə alınar”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova