Hadisə

Avtomobil anidən yandı: ölən və yaralananlar var — VİDEO (YENİLƏNİB)

Avtomobil anidən yandı: ölən və yaralananlar var — VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “HYUNDAİ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Digər avtomobil yanğından mühafizə olunub.

*** 08:51

Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Demokrat.azxəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, BMV markalı minik avtomobili anidən alovlanıb.

Nəticədə nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır

NE
Nihadə Eyyubova