Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fərqanə Qasımova iləbirgəHeydər Əliyev Sarayındatəqdim etdikləri “Leyli və Məcnun” klassik ədəbi əsəri əsasında hazırlanan “Şəbi Hicran” muğam kompozisiyasından danışıb.
Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçitamaşa zamanı texniki problemlə üzləşdiklərini bildirib:
"Tamaşaçılar dedi ki, ikinci dəfə təqdim etdiyimiz"Leyli və Məcnun" tamaşası birincidən daha yaxşı oldu. Baxmayaraq ki, mikrofon xarab oldu. Fərqanə xanım oxuyanda gördüm ki, səsgəlmir. Mən də zalda əyləşən qonaqlara dedim ki, camaat mikrofonumuzişləmir. Bir alqışlar gəldi ki...Əslində mən deyəcəkdim ki, bağışlayın. Ya bunudüzəldək, ya da konsert bu gün olmasın. Amma alqışlar məcbur etdi ki, açılışaq. Konserti izləyənlər bəyəndi, Fərqanə əl mikrafonu ilə oxudu".
Qeyd edək ki, Alim Qasımov və Fərqanə Qasımovailk dəfə bir neçə il əvvəl "Leyli və Məcnun"Operasını yeni quruluşda izləyicilərə təqdim etmişdilər.


