Hadisə

Salyanda məktəblilər tüstüdən zəhərləndilər: 10 şagird... — YENİLƏNİB

Salyanda məktəblilər tüstüdən zəhərləndilər: 10 şagird... — YENİLƏNİB

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə Demokrat.az-a MÜTDA-dan məlumat verilib.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

*** 15:27

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 10 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova