Maliyyə Özəl

“Qala Sığorta” 32 928,13 AZN sığorta ödənişi həyata keçirdi

“Qala Sığorta” 32 928,13 AZN sığorta ödənişi həyata keçirdi

“Qala Sığorta” ASC kasko sığortası üzrə növbəti böyük sığorta ödənişini uğurla icra edib. Belə ki, şirkət bir müştəriyə baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq 32 928,13 AZN məbləğində sığorta ödənişi edib.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

Ödəniş kasko sığorta müqaviləsinin şərtlərinə əsasən, avtomobilə dəymiş zərərin qarşılanması məqsədilə həyata keçirilib. Bu fakt “Qala Sığorta”nın müştəriləri qarşısında götürdüyü öhdəliklərə sadiqliyini və operativ xidmət prinsipini bir daha nümayiş etdirir.

Şirkətdən bildirilib ki, kasko sığortası sürücülərə yol-nəqliyyat hadisələri, təbii fəlakətlər, oğurluq və digər gözlənilməz risklər zamanı etibarlı maliyyə təminatı yaradır. “Qala Sığorta” bu sahədə müştərilərinə sürətli və şəffaf ödəniş mexanizmi təklif etməklə bazarda etibarlı tərəfdaş kimi mövqeyini qoruyur.

Ətraflı məlumat almaq istəyənlər *4000 “Qaynar Xətt” nömrəsi ilə əlaqə saxlaya və ya Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisə müraciət edə bilərlər.

Demokrat.az

NE
Nihadə Eyyubova