Sosial

“Əbədi ezamiyyət” sənədli filmi XİN əməkdaşları üçün nümayiş olundu – FOTOLAR

“Əbədi ezamiyyət” sənədli filmi XİN əməkdaşları üçün nümayiş olundu – FOTOLAR

Azərbaycan Respublikasında diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi ilə əlaqədar Xarici İşlər Nazirliyinin "Bulvar Hotel"də keçirdiyi tədbirdə Bakı Media Mərkəzinin istehsalı olan "Əbədi ezamiyyət" filminin 50-dən çox diplomatik nümayəndə və konsulluqda nümayiş olunduğu vurğulanıb, filmin hər yerdə maraqla qarşılandığı bildirilib.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov bu sahədə səmərəli əməkdaşlığa görə Bakı Media Mərkəzinin direktoru Orman Əliyevə nazirliyin xüsusi təşəkkürnaməsini təqdim edib. Filmin ssenari müəllifi Müsəllim Həsənov tədbirdə çıxış edərək filmin məqsədi və çəkilişləri barədə məlumat verib.

Daha sonra xarici işlər nazirliyinin əməkdaşları "Əbədi ezamiyyət" filminə tamaşa ediblər.

Demokrat.az

D
demokrat.az