Turizm Özəl

Avropalı turistlərin Qarabağa böyük marağı yaranıb

Avropalı turistlərin Qarabağa böyük marağı yaranıb

Avropalı turistlərin Azərbaycana səfərləri son illər kəskin azalıb.

Bu barədə Demokrat.az-a Amsterdamda fəaliyyət göstərən “I Ams Travel International B.V.” şirkətinin rəhbəri, Avropa turizm bazarında tanınan turoperator biri olan Sahil Qasımov məlumat verib.

O bildirib ki, ötən həftə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüş zamanı Azərbaycan ilə Niderland və digər Avropa ölkələri arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Qasımovun sözlərinə görə, ölkəyə turist axınını artırmaq üçün info-turların sayının çoxaldılması, böyük Avropa turizm şirkətlərinin rəhbərlərinin Azərbaycana dəvət edilməsi, beynəlxalq sərgilərdə fəal iştirak, həmçinin viza prosedurlarının sadələşdirilməsi və ya tam ləğvi vacibdir:

“Milyonlarla avropalı Bakı və bölgələri, eləcə də Şuşa və Qarabağı görmək istəyir. Amma bu turistləri ölkəyə gətirməyimiz üçün logistika məsələləri həll olunmalıdır”.

Onun sözlərinə görə, uzun müddətdir Bakı–Amsterdam birbaşa aviareysinin açılması təklif olunur:

“Bu reys Niderland, Benilüks ölkələri və Almaniyanın yaxın ərazilərində yaşayan həm soydaşlarımız, həm də milyonlarla avropalı üçün böyük turizm imkanları yaradacaq”.

Sahil Qasımov hesab edir ki, kütləvi turist qəbul etmək üçün ölkədə yalnız iri otellərin deyil, həm də iqtisadi sinifli ailə otelləri, hostellər, motellər və butik otellərin sayının artırılmasına ehtiyac var.

O qeyd edib ki, restoran xidmətinin səviyyəsi yüksəldilməli, müxtəlif dillərdə bələdçilərin hazırlanması genişləndirilməli, uşaqlar üçün “Disneyland” tipli iri əyləncə şəhərcikləri yaradılmalıdır.

Onun sözlərinə görə, Heydər Əliyev Hava Limanına turistləri təkcə taksilər deyil, həmçinin rahat avtobuslar, mikroavtobuslar, qatar və metro da çatdırmalıdır.

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az