Misir ölkəyə giriş vizasına görə ödənilən rüsumu 20 ABŞ dollarından 45 dollara qaldırıb.
Demokrat.az Gazeta.ru-ya istinadən xəbər verir ki, qərar artıq qüvvəyə minib.
Qeyd edək ki, bu addım turizm sektorunda birmənalı qarşılanmayıb. Artan ödənişlərin turist axınının azalmasına səbəb ola biləcəyi ehtimal edilir.
Əfsanə Demokrat.az


