Gündəm Özəl

"Virtual xuliqanlıq" ilə məşğul olan şəxslər belə cəzalandırılacaq — AÇIQLAMA

Virtual xuliqanlıq ilə məşğul olan şəxslər belə cəzalandırılacaq — AÇIQLAMA

"Sosial şəbəkələrdə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı hazırlanan dəyişikliklərdə "virtual xuliqanlıq" anlayışının hüquqi sərhədlərinin müəyyənləşdirilməsi asan məsələ deyil, çünki burada qiymətləndirilən məhfumdan söhbət gedir, cəmiyyətin də mənəviyyatına toxunan bir şey olmalıdır. Burada söhbət yalnız cəmiyyətin çoxluğunu əhatə edən, əhalinin 80–90%-ni əhatə edən dəyərlərdən gedir. Hamı başa düşür ki, dəyərlərə hörmətsizlik etmək olmaz".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, burada nəzərdə tutulan, təhqir, söyüş və ya biədəb davranışdır:

"Yalnız bu hallardan söhbət gedə bilər və bu da əsaslandırılmalıdır. Əsaslandırarkən Azərbaycanın izahlı lüğətinə müraciət edilməlidir. Əgər hər hansısa söz adi insana toxunmursa, deməli, burada pozuntu yoxdur. Buranın mərkəzində şəxsin ifadə azadlığı dayanır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova