Gündəm Özəl

Bu səbəbdən ikinci əl avtomobil bazarında qiymətlər ARTIR — Ekspertdən AÇIQLAMA

Bu səbəbdən ikinci əl avtomobil bazarında qiymətlər ARTIR — Ekspertdən AÇIQLAMA

"İkinci əl avtomobil bazarında qiymətlərin artmasının səbəbi, növbəti ilin yanvarın əvvəlindən tətbiq olunan vergilərlə əlaqədardır"

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, əlavə dəyər vergisi güzəştinin ləğvi, aksiz vergisinin isə 7 ildən çox istismar müddəti olan avtomobillərə artırılması ikinci əl avtomobillərə olan marağı artırıb. Çünki insanlar hesab edirlər ki, əlavə dəyər vergisinin tətbiqi qiymətlərə təsir edəcək. Nəticədə ikinci əl avtomobillərin qiymətləri də artacaq. Buna görə bazarda tələbat yüksəlib və bu hal müvəqqəti xarakter daşıyır".

Ekspert bildirib ki, gələcəkdə, ilkin mərhələdən sonra vəziyyət stabilləşəcək.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova