Gündəm

Məmməd İbrahim barədə həbs-qətimkan tədbiri seçildi — YENİLƏNİB

Məmməd İbrahim barədə həbs-qətimkan tədbiri seçildi — YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılıb.

"Report"un məlumatına görə, Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.İbrahim Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

Xatırladaq ki, M.İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

*** 12:52

Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunan Məmməd İbrahimliyə ittiham irəli sürülüb.

Demokrat..az Lent.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

NE
Nihadə Eyyubova