Şou-biznes

"Dünyanın başqa ölkələrinə gedəndə məni tanıyan insanları görmək çox xoşdur" — Xalq artisti

Dünyanın başqa ölkələrinə gedəndə məni tanıyan insanları görmək çox xoşdur — Xalq artisti

"Dünyanın başqa ölkələrinə gedəndə məni tanıyan insanları görmək çox xoşdur".

Demokrat.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.

Sənətçi Sidneydə başına gələn hadisəni danışıb:

"Sidneydə taksiyə minmişdim. Bir də gördüm ki, sürücü mənə təəccüblə baxır. Başa düşə bilmədim ki, nə olub. Anidən dedi ki, "Ağa, bu sənsən?" Sən demə qardaş iranlıdır, Sidneydə yaşayır. Məni tanıyır, dinləyir.

Anasına görüntülü zəng etdi, məni göstərdi. Dedi bunu kimə desəm, mənə inanmayacaqlar, ona görə zəng dirəm. Sizi çox sevirəm. İnanın, bu məhəbbəti görmək o qədər xoşdur ki... "

NE
Nihadə Eyyubova