Kəlbəcər rayonunda noyabrın 28-də başlayanyanğındavam edir.
Demokrat.azOxu.Az-a istinadən xəbər verir ki, yanğının Kəlbəcər rayonunun Yuxarı Ayrım və Otaqlı kəndləri ərazisinə keçdiyi bildirilir.
Fövqəladə Hallar NazirliyindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın olan yer mürəkkəb relyefli dağlıq ərazidir.
"Havanın küləkli olmasının yanğınla mübarizə tədbirlərini çətinləşdirməsinə baxmayaraq, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.


