Hadisə

Paytaxtda ölümcül qəza: piyada xəstəxanada vəfat etdi

Paytaxtda ölümcül qəza: piyada xəstəxanada vəfat etdi

Bakıda avtomobil piyadanı vurub. Demokrat.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, Zakir Musayev idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Elşən Əskərovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu cinayət işi başlanılıb.

NE
Nihadə Eyyubova