Gündəm

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Bu barədəAPA-nın sorğusuna cavab olaraq Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəriKönül Vəlibəylininqızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasındayanğınbaş verib.

NE
Nihadə Eyyubova