"Nəzəri olaraq, vergi gücünün optimallaşdırılması vergi ödəyicilərinin sayının artmasına və vergi bazasının genişlənməsinə gətirib çıxarır".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
"Dolayısıyla, vergi gücünün azalması bu istiqamətdə yayılma təşəbbüslərini nisbətən zəiflədir. Amma faktiki olaraq, müvafiq dəyişikliyin gətirəcəyi nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətindir. Burada inzibatçılıq və nəzarətin təşkil edilməsi çox vacibdir".
O bildirib ki, nəzarət əvvəlki kimi zəif təşkil olunacaqsa və müvafiq istiqamətdə ciddi addımlar atılmayacaqsa, 4% verginin azaldılması öz mənzillərini kirayə verən şəxslərin kirayə münasibətlərini qanuniləşdirməsinə ciddi töhfə verməyəcək:
"Burada əsas amillərdən biri nəzarətin hansı formada və hansı ciddiliklə həyata keçiriləcəyindən asılıdır".
Qeyd edək ki, gələn ildən etibarən vergi kirayə sektorunda vergi yükünün 30 faiz azaldılması nəzərdə tutulub.
Əfsanə Kamal Demokrat.az


