Gündəm Özəl

"Zəngəzur dəhlizi bir çox dövlətlərin maraqlarına uyğun gəlir" — ŞƏRH

Zəngəzur dəhlizi bir çox dövlətlərin maraqlarına uyğun gəlir — ŞƏRH

"Zəngəzur dəhlizinin perspektivləri genişləndirilə biləcək bir layihədir. Bu layihə üç Cənubi Qafqaz dövləti üçün böyük əhəmiyyət daşıyır.Xüsusilə Azərbaycan və Ermənistan üçün strateji dəyərə malikdir. Zəngəzur dəhlizi həm Xəzəryanı, həm də Orta Asiya ölkələri üçün mühüm tranzit imkanları yaradır. Orta Asiya dövlətləri üçün bu dəhliz Avropa bazarlarına daha sərfəli və effektiv çıxış imkanı anlamına gəlir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"Avropanı Asiya qitəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi keçdiyi ərazilər boyunca yerləşən ölkələrə ciddi iqtisadi fayda vəd edir. Avropa ölkələrinin böyük hissəsi bu dəhlizdən yararlana, Asiya dövlətləri isə Avropa bazarlarına çıxışda əlavə üstünlüklər əldə edə bilərlər. Xüsusilə Orta Asiya, Xəzəryanı və Cənubi Qafqaz ölkələri üçün layihə yeni iqtisadi inkişaf perspektivləri açır.Bütün bunlar göstərir ki, Zəngəzur dəhlizi geniş coğrafiyada əhatəli iqtisadi effekt vəd edir və bir çox dövlətlərin maraqlarına uyğun gəlir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova