Gündəm Özəl

"Pensiya kapitalının ailəyə keçməsi hazırda real deyil"

Pensiya kapitalının ailəyə keçməsi hazırda real deyil

“Vəfat edən şəxsin pensiya kapitalının vərəsəyə verilməsi məsələsinə hökumət tərəfindən hələ baxılmayıb”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.

O əlavə edib ki, bu istiqamətdə konkret bir yanaşma və qərar mövcud deyil:

“Pensiya kapitalı məsələsinə gəldikdə isə, təbii ki, bu vəsait ya şəxsin vəfatından sonra ailə üzvlərinə transfer olunmalı, ya da şəxsin özünün müəyyən şərtlər daxilində bu kapitaldan istifadə etməsi üçün hüquqi mexanizmlər yaradılmalıdır. Lakin bu məsələ indiki mərhələdə gündəmdə deyil. Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki, dövlət hazırda sosial öhdəlikləri yüksək səviyyədə öz üzərinə götürüb və vətəndaşların sosial təminatı əsasən dövlət büdcəsinin transferləri hesabına həyata keçirilir. Təkcə Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər il büdcədən əhəmiyyətli məbləğdə maliyyə dəstəyi alır. Bu baxımdan, yaxın gələcəkdə bu mövzuya maliyyə sabitliyi və büdcə imkanları kontekstində baxılması real görünmür. Hazırkı mərhələdə dövlətin pensiya sistemində əsas məqsədi davamlılığı və sosial sabitliyi qorumaqdır”.

Leyla Turan Demorat.az

NE
Nihadə Eyyubova