Gündəm Özəl

Maşın bazarı yalnız bu halda Ağdama köçürülə bilər — AÇIQLAMA

Maşın bazarı yalnız bu halda Ağdama köçürülə bilər — AÇIQLAMA

"Bu ideya doğrudan da ciddi qəbul olunursa, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun bərpası və inkişafı baxımından vacib addım ola bilər. Avtomobil satışı biznesinin müəyyən hissəsinin Qarabağ zonasına yönəldilməsi uğurlu layihə kimi dəyərləndirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib.

O bildirib ki, həmin ərazilərdə infrastruktur yenidən qurularkən iqtisadi, sənaye və xidmət sahələri ilə yanaşı satış profillərinin də formalaşması böyük əhəmiyyət daşıyır:

"Bu addım bölgədə yaşayışı stimullaşdıran və biznesi inkişaf etdirən amil kimi qəbul olunmalıdır. Maşın bazarının tam şəkildə Ağdama keçirilməsi Bakı və digər rayonlardan əlçatanlıq baxımından çətinlik yarada bilər. Buna görə də bazarın yalnız müəyyən hissəsinin Ağdamda yaradılması daha məqsədəuyğun sayılır. Yəni bütün bazarın deyil, yalnız bir bölmənin həmin əraziyə yönəldilməsi daha doğru hesab edilir".

Ekspert deyib ki, bu məsələ işğaldan azad olunan digər ərazilərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir:

"Amma bütün ölkədən həmin bölgəyə kütləvi axınla bağlı problem yaranarsa, alternativ variantların mövcudluğu vəziyyətdən çıxış yolu kimi dəyərləndirilə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova