Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.
Daxili İşlər NazirliyindənDemokrat.az-a verilən məlumata görə, Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.


