Gündəm Özəl

Xalq artisti: "Samirə Əfəndi çox gözəl hərəkət edib”

Xalq artisti: Samirə Əfəndi çox gözəl hərəkət edib”

“Samirə Əfəndinin erməni iştirakçıya qarşı etdiyi hərəkətdə heç bir qəbahət yoxdur. Burada pis nə var ki? Biz sülh adamıyıq”.

Bunu Xalq artisti Niyaməddin Musayev Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əsrlər boyu iki ölkə arasında müharibə olub:

“Müharibədə bizim də şəhidlərimiz oldu, amma onlardan da ölənlər oldu. İndi-indi yaxınlaşırıq, düşmənçiliyi aradan qaldırmağa çalışırıq. Samirə Əfəndi çox gözəl hərəkət edib, ermənini qucaqlasın da, öpsün də, nə olacaq ki?

Hər iki millətin bir-birinə yaxınlaşması, qaynayıb-qarışması çox yaxşıdır. Qoy bundan sonra ölkəmizdə heç bir evə od düşməsin. Daha şəhidimiz olmasın, heç kəsin gözü yaşlı qalmasın.

Allah şəhidlərimizə rəhmət etsin, bu gün onların sayəsində o torpaqlara ayaq basırıq. Arzumuz budur ki, bundan sonra daim sülh olsun”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova