Gündəm Özəl

Əməkdar artist: “Samirə Əfəndi həmin an diplomatik davranıb”

Əməkdar artist: “Samirə Əfəndi həmin an diplomatik davranıb”

“Beynəlxalq müsabiqələrdə ölkəni təmsil edən şəxslər həmin yarışmanın nizamnaməsinə imza atırlar. Buna görə də davranışlarına xüsusi diqqət etməli olurlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova bildirib.

O deyib ki, beynəlxalq müsabiqələrin nizamnaməsində beynəlxalq məsələlərin qaldırılması qadağandır:

"Yəqin ki, Samirə xanım da bu addımı elə buna görə atıb. Açığı, həmin müsabiqəyə baxmamışam. O gün konsertim vardı, buna görə məlumatım azdır. Amma uzun illərdir beynəlxalq yarışlarda iştirak edən biri kimi deyə bilərəm ki, bu müsabiqələrdə çox ciddi qaydalar mövcuddur. Həmin qaydalara uyğun davranmasan, ölkənin imicinə ziyan vura bilərsən.

Samirə həmin an diplomatik davranıb. Samirə Azərbaycanın övladıdır. Biz gənclərimizi qorumalı və onları düzgün istiqamətləndirməliyik”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova