Media Özəl

Psixoloq: Telefon əldən düşəndə insanlar özünü narahat hiss edir

Psixoloq: Telefon əldən düşəndə insanlar özünü narahat hiss edir

“Mobil telefonlar artıq həyatımızın əsas hissəsinə çevrilib. İnsanlar çox vaxt telefonda olduqları üçün real həyatdan uzaqlaşırlar”.

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbaba deyib.

O əlavə edib ki, bu vəziyyət get-gedə asılılıq yaradır:

“Mobil telefon asılılığı insanın diqqətini zəiflədir. Diqqət toplamaq çətinləşir və yaddaş da zədələnir. Çox telefon istifadə edən insanlarda narahatlıq və gərginlik artır. Telefon əldən düşəndə belə insan özünü narahat hiss edir. Mavi işıq səbəbindən yuxu rejimi pozulur. Adam gec yatır və səhər yorğun oyanır. Sosial şəbəkələrdə başqalarını görmək insanın özündən narazı olmasına səbəb olur. Bu da özünə inamı azaldır. Telefonla çox məşğul olan insanlar real ünsiyyətdən uzaq qalırlar. Ailədə və dostlar arasında münasibətlər zəifləyir. Asılılıqdan qurtulmaq üçün istifadə vaxtını azaltmaq lazımdır. Bildirişləri söndürmək də çox kömək edir. Həmçinin hər gün müəyyən saatlarda telefonu kənara qoymaq yaxşı nəticə verir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova