Hadisə

Yasamalda yaşayış binasında yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

Yasamalda yaşayış binasında yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.

Bu barədə Report-unhadisə yerində olan əməkdaşına Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.

Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:

"Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib".

NE
Nihadə Eyyubova