Siyasət

Oqtay Şirəliyev və Eldar Əzizov səs verdi

Oqtay Şirəliyev və Eldar Əzizov səs verdi

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Seçki məntəqəsinin sədri İmran Cəmiyev Report-a bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində iştirak edib.

Report-un xəbərinə görə, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

D
demokrat.az