Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-a şairin yaxınları məlumat veriblər.
Bildirilib ki, Nəriman Həsənzadənin kreatini yüksək idi, lakin müalicələrdən sonra hər şey qaydasına düşüb:
"Hazırda Mərkəzi Klinikada müalicə alır. Vəziyyəti çox yaxşıdır. Evə nə zaman buraxılacağını hələ ki, bilmirik", - yaxınları qeyd ediblər.
*** 13:16
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.
"Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirirlir", - deyə o bildirib.


