Sosial Özəl

Eyni məsafə, fərqli qiymət: Taksi bahalaşmasının səbəbi nədir?

Eyni məsafə, fərqli qiymət: Taksi bahalaşmasının səbəbi nədir?

“Taksi qiymətlərinin artması əsasən tələb və təklif balansından asılıdır. Qiymətlər sərnişin axını, saat və mövsümə görə dəyişir. Tələb yüksək olduqda, qiymətlər avtomatik olaraq qalxa bilər”.

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

O deyib ki, tətbiqlərin müəyyən ərazilərdə məhdudlaşdırılması sərnişin seçim imkanlarını azaldır:

“Bu zaman bazarda inhisarçı vəziyyət yaranır və qiymətlərin süni yüksəlməsi mümkündür. Sürücülər məsafəyə, vaxtına və tıxac vəziyyətinə görə tarifləri dəyişdirirlər. Yol xərcləri, dayanacaq haqları və əlavə xidmətlər də qiymətə təsir göstərir. Bəzən sürücülərin əlavə qazanc məqsədilə tarifləri artırması halları müşahidə olunur.

Qiymətlərin artması sərnişinlərin rahatlığını azalda və narazılıq yarada bilər. Tənzimləyici orqanların rolu bazarı ədalətli və şəffaf saxlamaqdır. Bazarda rəqabətə imkan yaradılması uzunmüddətli həll yoludur. Müntəzəm monitorinq və nəzarət vasitəsilə süni bahalaşmanın qarşısı alına bilər. Bazarda düzgün idarəetmə nəqliyyat xidmətlərinin stabilliyini təmin edir. Yaxşı planlaşdırılmış tarif sistemi həm sərnişinləri, həm də sürücülər üçün əlverişlidir”.

Leyla Turan Demokrat.az

D
demokrat.az