Goranboy rayon icra başçısı Məhərrəm Quliyev aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə müşavirə keçirib.
Demokrat.az xəbər verir ki, rayon İcra Hakimiyyətində baş tutanmüşavirədə M.Quliyev tərəfindən bir sıratapşırıqlar verilib.
Belə ki, burada vətəndaş müraciətlərinə baxılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyətivə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili ilə bağlırayon tədbirlərinin təşkili məsələsi müzakirə olunub.


