"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rübədir".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qadın lüğəti" layihəsində deyib. O, ikinci dəfə ailə qurmamasınıbelə cavablayıb:
"Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o təsadüfi bir ölümlə məndən ayrılmayıb. O vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Dürzdür, amma yerinə qoya bilmədiyimizinsanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatımelə qəribə, keşməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım".
Qeyd edək ki,Gülüstan Əliyevanınhəyat yoldaşı Zahid Əhmədov da şəhid olub.Onunbu nikahdan bir oğul övladı var.


