"İş yerində olmayan şəxs mütləq şəkildə işəgötürəndən icazə almalıdır. Əmək haqqı da işdə olmağa, yəni faktiki olaraq işləməyə görə verilir. Əgər işçi işdə deyilsə, həmin günün əmək haqqısı maaşından çıxılır. Əksinə, qanunvericiliyə əsasən, əlavə iş saatlarında işləyən işçiyə maaşının iki qatı ödənilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, bu baxımdan, işdə olmamağa görə maaşın azaldılması tamamilə doğrudur:
"Hər bir halda, bu, əvvəlcədən və ya sonradan fakt üzrə işəgötürənin razılığı ilə həyata keçirilməlidir.Bu, bütün dünyada belədir və burada işəgötürənin də maraqlarını qorumaq vacibdir. Əks halda, heç kim məsuliyyət hissi ilə işləmək istəməz".
Qeyd edək ki, Azərbaycanda işdən saatlıq icazə almaq mexanizmi mümkün olacaq.
Əfsanə Demokrat.az


