Mədəniyyət

Mədəniyyət Nazirliyi Emin İbrahimovun ailəsinə başsağlığı verdi

Mədəniyyət Nazirliyi Emin İbrahimovun ailəsinə başsağlığı verdi

Mədəniyyət Nazirliyi Türkiyədə avtomobil qəzasında həlak olan tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimovun ailəsinə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, nazirliyin yaydığı başsağlığı mesajında deyilir:

"Tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə avtomobil qəzası nəticəsində həlak olub. Ölkəmizlə bağlı yüksək peşəkarlıqla hazırladığı reportajlar, xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini əks etdirən süjetləri Emin İbrahimova böyük nüfuz qazandırmışdı. O, eyni zamanda Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynamışdı.

Mədəniyyət Nazirliyinin kollektivi Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!".

NE
Nihadə Eyyubova