Hadisə

Hesablama Palatası AMEA-da yoxlamalara başladı — ÖZƏL

Hesablama Palatası AMEA-da yoxlamalara başladı — ÖZƏL

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalara başlanılıb.

Bu barədə Demokrat.az-a AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov məlumat verib.

Onun sözlərinə görə, yoxlamaların aparılmasında qeyri-qanuni məqam yoxdur:

"Hesablama Palatası hər il bu cür yoxlamalar aparır. Burada qeyri-adi nəsə yoxdur. AMEA-da yoxlamalar aparmağa Hesablama Palatasının tam səlahiyyəti var. Yəqin ki, əvvəl-axır Folklor İnstitutunda da yoxlamalar aparılacaq".

Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan yoxlamaların AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti əsasında başladıldığı deyilir.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az